ABŞ gələn il 38 Abrams tankının ilk partiyasını Tayvana tədarük edəcək.
“Report” xəbər verir ki, bu barədə Tayvanın “Ziyu Şibao” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, qrafikə əsasən, 2025-ci ildə daha 42 tankın təhvil verilməsi planlaşdırılır. 2026-cı ildə “Abrams” tankının son partiyası (28 ədəd) veriləcək.
Adanın quru qoşunları təlim keçmək üçün ABŞ-a göndəriləcək zabitlər qrupu formalaşdırıb. Tayvana qayıtdıqdan sonra onlar silahlı qüvvələrdə hərbi təlimatçı olacaqlar.
Bundan əvvəl məlum olub ki, ABŞ hakimiyyəti Tayvana 345 milyon dollarlıq hərbi yardım paketi çərçivəsində dörd MQ-9A kəşfiyyat aparatını Tayvana təhvil verəcək.
Qeyd edək ki, ABŞ Tayvan ordusuna əsas silah tədarükçüsüdür. Hazırda adaya Amerika silahlarının yerinə yetirilməmiş tədarük portfeli təxminən 19 milyard dollara çatır.