ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyib

Digər ölkələr
  • 27 fevral, 2022
  • 06:17
ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyib

ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyir, bununla bağlı müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının bəyanatında deyilir.

“Birləşmiş Ştatlar bu buraxılışı pisləyir və KXDR-i sabitliyi pozan addımlardan çəkinməyə çağırır”, - bəyanatda deyilir.

Pentaqon ABŞ-ın Cənubi Koreya, Yaponiya, eləcə də digər regional müttəfiqləri və tərəfdaşları ilə yaxından məsləhətləşdiyini vurğulayıb.

Cənubi Koreya ordusunun məlumatına görə, ballistik raket yerli vaxtla saat 7:52-də (Bakı vaxtı ilə saat 2:52-də) Pxenyanın Sunan bölgəsindən buraxılıb. Raket 620 km maksimum yüksəklikdə, 300 km məsafədə uçub və Yapon dənizinə düşüb. Bu, KXDR-in ilin əvvəlindən səkkizinci raket buraxılışıdır.ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyib

Son xəbərlər

Bütün Xəbər Lenti