ABŞ senatorları Rusiya barəsində yeni sanksiyaları elan edəcəklər

ABŞ senatorları Rusiya barəsində yeni sanksiyaları elan edəcəklər Con Makkeyn, Ben Kardin və Robert Menendes belə niyyətlərinin olduğunu bildiriblər
Digər ölkələr
10 Yanvar , 2017 03:58
ABŞ senatorları Rusiya barəsində yeni sanksiyaları elan edəcəklər

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ-ın senatorları prezident seçkilərinin gedişinə müdaxiləylə əlaqədar çərşənbə axşamı Rusiya barəsində yeni sanksiyaları elan edəcəklər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, respublikaçı Con Makkeyn, həmçinin demokratlardan Ben Kardin və Robert Menendes belə niyyətlərinin olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Federal Təhqiqat Bürosu və Milli Təhlükəsizlik Bürosu növbəti dəfə Amerikada prezident seçkilərinə müdaxilə ilə bağlı yanvarın 6-da məruzə yayıblar. Sənədə əsasən Rusiya kiberhücmda ittiham edilir. 

Lakin təhlükəsizlik orqanları kəşfiyyat məxfiliyinə istinad edərək hər hansı sübutları verməkdən imtina ediblər. 

Son xəbərlər

Orphus sistemi