ABŞ senatorları Netanyahunun həbsinin risklərini müzakirə ediblər

ABŞ senatorları Netanyahunun həbsinin risklərini müzakirə ediblər Hər iki partiyadan olan amerikalı senatorlar Beynəlxalq Cinayət Məhkəməsinin rəsmiləri ilə İsrailin Baş naziri Binyamin Netanyahu da daxil olmaqla bu ölkənin yüksək vəzifəli rəsmilərin həbsinə orderlərin mümkünlüyü ilə bağlı danışıqlar aparıblar.
Digər ölkələr
3 May , 2024 07:23
ABŞ senatorları Netanyahunun həbsinin risklərini müzakirə ediblər

Hər iki partiyadan olan amerikalı senatorlar Beynəlxalq Cinayət Məhkəməsinin rəsmiləri ilə İsrailin Baş naziri Binyamin Netanyahu da daxil olmaqla bu ölkənin yüksək vəzifəli rəsmilərin həbsinə orderlərin mümkünlüyü ilə bağlı danışıqlar aparıblar.

“Report”un məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər verir.

Qanunvericilər məhkəmənin İsrailin Baş nazirinə qarşı mümkün tədbirləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Görüş video formatda baş tutub və məxfi xarakter daşıyıb.

Bundan əvvəl “Bloomberg” bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu daxil olmaqla, İsrail hakimiyyətindəki bəzi şəxslərin həbsinə dair qərar verə bilər.

Nəşr hesab edir ki, bu addım Qəzza sektorunda sülhə nail olunması yolunda ciddi maneə yaradacaq və atəşkəs razılaşmasının icrasını mümkünsüz edəcək.

Digər iddialara görə, B.Netanyahu ABŞ prezidenti Cozef Baydenə zəng edərək, bu qərarın icrasını dayandırmaqda dəstək verilməsini xahiş edib.

Son xəbərlər

Orphus sistemi