ABŞ Senatı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib ABŞ Senatı (Konqresin yuxarı palatası) respublikaçı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib.
Digər ölkələr
21 Yanvar , 2025 04:32
ABŞ Senatı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatı (Konqresin yuxarı palatası) respublikaçı Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “NBC News” teleşirkəti məlumat yayıb.

O, Palata tərəfindən təsdiqlənən yeni administrasiyanın Nazirlər Kabinetinin ilk yüksək vəzifəli məmurudur.

Qərar 99 senator tərəfindən dəstəklənib və heç kim əleyhinə çıxış etməyib. Rubio da özünə səs verib.

Beləliklə, Floridadan olan 53 yaşlı senator ABŞ Dövlət Departamentinə rəhbərlik edən ilk latın amerikalıdır. O, Nümayəndələr Palatasının son dinləmələrində Prezident Donald Trampın ölkənin milli maraqlarının qorunmasına yönələcək siyasətinə ciddi əməl edəcəyini bildirib.

Marko Rubio Çin, İran, Kuba və Venesuela ilə bağlı sərt mövqeyi ilə tanınır. O, Arktika regionunda ABŞ-nin mövqeyini gücləndirməyi və Panama kanalını Çinin təsirindən qorumağı müdafiə edir. Rubio həmçinin NATO-ya dəstək verir.

Son xəbərlər

Orphus sistemi