Rəsmi Vaşinqton Amerika silahlı qüvvələrinin Yaxın Şərq ərazisindən çıxarılmasına başlayıb.
“Report”un məlumatına görə, bu barədə Amerika Prezidenti Administrasiyasındakı mənbələrə istinadən
Qəzetin mənbələri bildiriblər ki, Pentaqon "Patriot" raket komplekslərinin səkkiz batareyasını İraq, Küveyt, İordaniya, həmçinin Səudiyyə Ərəbistanından çıxarır.
Bu halda Səudiyyə Ərəbistanından raket əleyhinə THAAD sistemi çıxarılır, reaktiv qırıcıların eskadrilyalarının sayı azaldılır.
Güman edilir ki, daha əvvəl bu sistemlərdə xidmət edən yüzlərlə hərbçi Birləşmiş Ştatlara qayıdacaq.
Mənbələrdən biri qeyd edib ki, regionda hərbi mövcudluğa yenidən baxılması ABŞ prezidenti Cozef Bayden administrasiyasının qüvvələri Rusiya və Koreya Xalq Demokratik Respublikasından olan çağırışlara cəmləmək istəyi ilə şərtlənir.
Başqa məlumatlara görə, qoşunların Yaxın Şərqdən çıxarılması regionun daha çox ənənəvi mühafizə səviyyəsinə qayıdışına şahidlik edir.