ABŞ prezidentliyinə namizəd avtomobil qəzasına düşüb

Digər ölkələr
  • 25 iyul, 2023
  • 15:46
ABŞ prezidentliyinə namizəd avtomobil qəzasına düşüb

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd və Florida qubernatoru Rona Desantis Tennessi ştatında avtomobil qəzasına düşüb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, siyasətçinin sözçüsü Brayan Qriffin bildirib.

"Qubernator bu səhər Çattanoqada avtomobil qəzasına düşüb. O xəsarət almayıb", - Qriffin deyib.