ABŞ prezidentinin reytinqi rekord həddə çatıb

ABŞ prezidentinin reytinqi rekord həddə çatıb Bakı. 19 iyun. REPORT.AZ/ Rəyi soruşulan ABŞ vətəndaşlarının 45 faizindən çoxu ölkə prezidenti Donald Trampın fəaliyyətini bəyənir.
Digər ölkələr
19 İyun , 2018 10:04
ABŞ prezidentinin reytinqi rekord həddə çatıb

Bakı. 19 iyun. REPORT.AZ/ Rəyi soruşulan ABŞ vətəndaşlarının 45 faizindən çoxu ölkə prezidenti Donald Trampın fəaliyyətini bəyənir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu “Gallup poll” analitik agentliyinin keçirdiyi rəy sorğularının nəticələrində bildirilib.

Hakim Respublikaçılar Partiyasından olan respondentlərin 90 faizi Donald Tramın fəaliyyətini müsbət qiymətləndirib.

“Gallup poll” bildirib ki, prezidentin reytinqi hesabat dövründə sələflərinin nüfuzundan aşağı olub. Ona görə bu göstərici Donald Tramp üçün çox yüksək sayılır. Sorğu iyunun 11-17-də telefon vasitəsilə keçirilib. Sorğuda 1511 nəfər iştirak edib.

Son xəbərlər

Orphus sistemi