Pentaqon raket freqatlarının tikintisi üçün 1 milyard dollarlıq müqavilə imzalayıb

Pentaqon raket freqatlarının tikintisi üçün 1 milyard dollarlıq müqavilə imzalayıb Amerikanın “Marinette Marine Corp” şirkəti ABŞ Müdafiə Nazirliyindən idarə olunan raket silahlarına malik iki “Constellation” freqatının (FFG 66 və FFG 67) layihələndirilməsi və tikintisi üçün 1,04 milyard dollarlıq müqavilə alıb.
Digər ölkələr
24 May , 2024 04:12
Pentaqon raket freqatlarının tikintisi üçün 1 milyard dollarlıq müqavilə imzalayıb

Amerikanın “Marinette Marine Corp” şirkəti ABŞ Müdafiə Nazirliyindən idarə olunan raket silahlarına malik iki “Constellation” freqatının (FFG 66 və FFG 67) layihələndirilməsi və tikintisi üçün 1,04 milyard dollarlıq müqavilə alıb.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun yaydığı yazılı açıqlamada deyilir.

İşlər Viskonsin, Nyu-Cersi, İllinoys, Pensilvaniya, Nyu-York, Ohayo, Şimali Karolina, Merilend, Corciya ştatlarında aparılacaq və 2030-cu ilin aprelində tamamlanmalıdır.

“Constellation” freqatlarının gəmilərə, sualtı qayıqlara qarşı döyüşmək və elektron əks tədbirlərin həyata keçirilməsi üçün istifadə ediləcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi