Sorğu: Fransızların əksəriyyəti hökumətə inanmır, parlamentdən narazıdır

Sorğu: Fransızların əksəriyyəti hökumətə inanmır, parlamentdən narazıdır Fransa cəmiyyətində avroskeptisizm səviyyəsinə görə Avropa İttifaqının liderlərindən birinə çevrilib.
Digər ölkələr
24 May , 2024 00:23
Sorğu: Fransızların əksəriyyəti hökumətə inanmır, parlamentdən narazıdır

Fransa cəmiyyətində avroskeptisizm səviyyəsinə görə Avropa İttifaqının liderlərindən birinə çevrilib.

“Report” xəbər verir ki, Avropa Parlamentinin saytında dərc olunan “Eurobarometer” sorğusunun nəticələri bunu göstərir.

Araşdırmaya görə, fransızların 54%-i Aİ qurumlarına inanmır və yalnız əhalinin 34% birləşmənin Beşinci Respublikaya təsirini müsbət qiymətləndirib.

Respondentlər ölkənin əsas problemləri sırasında inflyasiya, yaşayış xərclərinin artması, cinayətlərin səviyyəsi, səhiyyə və təhsildəki problemləri qeyd ediblər.

Fransızlar təkcə Aİ-də deyil, həm də öz dövlətlərinin əsas hakimiyyət orqanlarına da etimad etmirlər. Belə ki, sorğuda iştirak edənlərin 66 faizi parlamentdən narazıdır, 24 faiz isə qanunverici orqanın işini dəstəkləyir.

Hökumətin reytinqi daha pisdir - fransızların 74%-i Nazirlər Kabinetinə inanmır, yalnız respondentlərin 19%-i əks mövqedədir.

Son xəbərlər

Orphus sistemi