Vyetnamda binada baş verən yanğında azı 14 nəfər ölüb

Vyetnamda binada baş verən yanğında azı 14 nəfər ölüb Vyetnamın paytaxtı Hanoy şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 3 nəfər yaralanıb.
Digər ölkələr
24 May , 2024 06:08
Vyetnamda binada baş verən yanğında azı 14 nəfər ölüb

Vyetnamın paytaxtı Hanoy şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Hanoydakı fövqəladə hallar xidmətinin nümayəndələri məlumat verib.

Qeyd olunub ki, hadisə kiçik mənzillərə bölünərək kirayə verilən iki beşmərtəbəli binadan ibarət fərdi yaşayış kompleksində baş verib.

Alov elektriklə işləyən velosiped təmiri sexinin olduğu evlərin birində qeydə alınıb. Hadisə zamanı mənzillərdə çoxlu sayda insan olub.

Yanğınla mübarizədə 50-yə yaxın yanğınsöndürmə briqadası iştirak edib və yanğın tamamilə söndürülüb.

Yaralılar Hanoydakı tibb müəssisələrinə çatdırılıb, xilasedicilər faciə yerində həlak olanların axtarışlarını davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi