ABŞ Venesuela prezidenti Nikolas Maduroya təzyiq etmək variantlarını araşdırır.
“Report” xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.
Birləşmiş Ştatlar Venesuelanı demokratiyaya qaytarmaq üçün Maduroya təzyiq göstərmək üçün bir sıra variantları nəzərdən keçirir. Və biz bunu davam etdirəcəyik”, - deyə o qeyd edib.
Bununla belə, o, “The Wall Street Journal”ın dərc etdiyi, Vaşinqton administrasiyasının Maduroya müəyyən şərtlər daxilində amnistiya imkanını təklif etdiyi məlumatı təsdiqləməyib:
“Bu doğru deyil. Cari seçkilərdən sonra nə Maduroya, nə də Karakasda başqasına amnistiya təklifi etməmişik”.
Onun sözlərinə görə, ABŞ hökuməti təkid edir ki, Venesuelada tərəflər hakimiyyətin hörmətlə və sülh yolu ilə ötürülməsi ilə bağlı müzakirələrə başlasınlar.