"Bank of Baku"nun sədrinin səlahiyyət müddəti uzadıla bilər
- 27 noyabr, 2026
- 09:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 24-də, saat 15:00-da "Bank of Baku" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 42 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Bank of Baku"nun Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq olunması, eləcə də İdarə Heyətinin sədrinin səlahiyyət müddətinin uzadılması daxildir.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.