Birləşmiş Ştatlar Şimali Koreyaya sanksiya siyahısına Rusiyada yaşadığı güman edilən iki nəfər də daxil olmaqla 8 nəfəri və bir təşkilatın adını salıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunub.
Belə ki, Moskva və Vladivostokda yaşayan KXDR-in iki vətəndaşına qarşı sanksiyalar tətbiq edilib. Nazirlikdən verilən məlumata görə, Tehranda yaşayan iki vətəndaş da qara siyahıya daxil edilib.
Sanksiya siyahısına “Kimsuky” (Apt43, Archipelago, Black Nanshee və digər adlar kimi tanınır) haker qrupu da daxildir.
Sanksiyalar siyahısına daxil edilmə ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarına və şirkətlərinə bu işdə iştirak edənlərlə iş qurmasının qadağan edilməsi deməkdir.