ABŞ İranın neft ticarəti ilə əlaqəli olan 7 şirkətə yeni sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 30 aprel, 2025
  • 23:40
ABŞ İranın neft ticarəti ilə əlaqəli olan 7 şirkətə yeni sanksiyalar tətbiq edib

ABŞ administrasiyası İranın neft və neft-kimya məhsullarının ticarətində iştirak etdiyi iddia olunan, İran, BƏƏ və Türkiyədə yerləşən 7 quruma sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Dövlət Departamenti İranın neft məhsulları və neft-kimya məhsullarının ticarəti ilə məşğul olan 7 quruma qarşı sanksiyalar tətbiq edir”, - sənəddə deyilir. İki gəminin də sanksiyalara məruz qaldığı qeyd edilir.

“Prezident Tramp maksimum təzyiq kampaniyası çərçivəsində İranın qeyri-qanuni neft və neft-kimya məhsullarının ixracını, o cümlədən Çinə ixracını sıfıra endirmək niyyətindədir”, - sənəddə vurğulanır.

Məhdudiyyətlər BƏƏ-də yerləşən beş şirkətə təsir edib: “Solvent Organics”, “Alseerah Trading”, “Harold Trading”, “Shivnani Organics” və “Vroom Marine Venture”. Bundan başqa, İranın “Keynah Sanjesh Azma” şirkəti və Türkiyənin “Kimpas” təşkilatı da sanksiya siyahısına əlavə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti