ABŞ-ın Milli Demokratiya Fondu Rusiyada "arzuolunmaz" xarici qrup elan edilib

ABŞ-ın Milli Demokratiya Fondu Rusiyada "arzuolunmaz" xarici qrup elan edilib Bu Fond Rusiyanın konstitusiya quruluşu və dövlət təhlükəsizliyinə hədə təşkil edir
Digər ölkələr
29 İyul , 2015 01:07
ABŞ-ın Milli Demokratiya Fondu Rusiyada arzuolunmaz xarici qrup elan edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Rusiya prokurorları qərargahı Vaşinqtonda yerləşən və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondunu mübahisəli yeni qanunla Rusiyada fəaliyyəti qadağan olmuş ilk xarici qeyri hökumət təşkilatı elan edib.

"Report" Amerikanın səsinə istinadən məlumat verir ki, Rusiyanın Baş Prokurorluq idarəsinin veb səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, Milli Demokratiya Fondu Rusiya biznesmenləri və nəzarətində olan qeyri-kommersiya təşkilatlarından seçkilərin nəticələrinin qeyri-legitim elan edilməsi ilə bağlı fəaliyyətlərdə iştirak etmək üçün istifadə edib.

“Fondun işinin əsas məqsədini nəzərə alaraq, prokurorlar onun Rusiyanın konstitusiya quruluşu, ölkənin müdafiə qabiliyyətlər və dövlət təhlükəsizliyinə hədə təşkil etdiyi haqda nəticə çıxarıb”- deyə bəyanatda bildirilir.

1983-cü ildə yaranmış ABŞ-ın Milli Demokratiya Fondu 90-dan çox ölkədə QHT layihələrinə dəstək məqsədilə hər il mindən artıq qrant hazırlayır. 

Son xəbərlər

Orphus sistemi