ABŞ-ın ​Çikaqo şəhərində baş vermiş atışmalarda 3 nəfər ölüb, 12 nəfər yaralanıb

ABŞ-ın ​Çikaqo şəhərində baş vermiş atışmalarda 3 nəfər ölüb, 12 nəfər yaralanıb Ölənlər arasında 15 yaşlı qız da var.
Digər ölkələr
29 May , 2016 08:10
ABŞ-ın ​Çikaqo şəhərində baş vermiş atışmalarda 3 nəfər ölüb, 12 nəfər yaralanıb

Bakı. 29 may. REPORT.AZ/ ABŞ-ın Çikaqo şəhərində baş vermiş bir neçə silahlı insidentdə ən azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu haqda NBC telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, ölənlər arasında 15 yaşlı qız da var. O, 28 yaşlı kişi ilə avtomobildə olarkən qara rəngli “Nissan” markalı avtomobildən açılan atəşlə ağır yaralanıb. Qız xəstəxanada dünyasını dəyişib, kişi isə həkimlərin sayəsində ölümdən xilas edilib.

Daha bir ölüm hadisəsi isə yaşayış binasında baş verib. 23 yaşlı gənc iki nəfərlə dalaşarkən başından aldığı güllə yarası ilə hadisə yerindəcə ölüb.

Eşbern rayonunda isə 25 yaşlı Mark Lindsi öz avtomobilindı naməlum şəxs tərəfindən güllələnib. Bir neçə güllə yarası alan Mark Lindsi ərazidən getmək istəsə də, onun avtomobili başqa maşınla toqquşub. O, xəstəxanada dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi