ABŞ Hindistanla “Stryker” və “Javelin”in birgə istehsalı ilə bağlı danışıqlar aparır

ABŞ Hindistanla “Stryker” və “Javelin”in birgə istehsalı ilə bağlı danışıqlar aparır ABŞ Dövlət Departamenti təsdiq edib ki, Birləşmiş Ştatlar və Hindistan “Javelin” tank əleyhinə raket kompleksləri və“Stryker” zirehli transportyorların birgə istehsalı ilə bağlı danışıqlar aparır.
Digər ölkələr
26 İyun , 2024 22:10
ABŞ Hindistanla “Stryker” və “Javelin”in birgə istehsalı ilə bağlı danışıqlar aparır

ABŞ Dövlət Departamenti təsdiq edib ki, Birləşmiş Ştatlar və Hindistan “Javelin” tank əleyhinə raket kompleksləri və“Stryker” zirehli transportyorların birgə istehsalı ilə bağlı danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell məlumat verib.

“Deyim ki, Hindistan “Stryker”in birgə istehsalına maraq göstərib. Və məncə, biz hələ nisbətən erkən mərhələdəyik. ABŞ Ordusu ilk fürsət kimi “Stryker”in potensialını Hindistan ordusuna nümayiş etdirməyi planlaşdırır. “Javelin” və “Stryker”in birgə istehsalı ilə bağlı bəzi danışıqlarımız olub. Yenə də biz bu məsələnin müzakirəsinin nisbətən erkən mərhələsindəyik”, - deyə o bildirib.

Onun sözlərinə görə, martın əvvəlində ABŞ Hindistana Amerikanın MQ-9B hücum və kəşfiyyat pilotsuz uçuş aparatlarının satışına dair razılaşmalarla təklif göndərib.

Son xəbərlər

Orphus sistemi