ABŞ-da helikopter qəzaya uğrayıb, 5 nəfər itkin düşüb

ABŞ-da helikopter qəzaya uğrayıb, 5 nəfər itkin düşüb ABŞ Hərbi Dəniz Qüvvələrinə aid bir vertolyot Kaliforniya ştatının San Dieqo sahillərində qəzaya uğrayıb.
Digər ölkələr
1 Sentyabr , 2021 10:55
ABŞ-da helikopter qəzaya uğrayıb, 5 nəfər itkin düşüb

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər itkin düşüb.

“Report” CNN-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter Sakit okean suları üzərində qəzaya uğraması nəticəsində 1 nəfər xilas edilsə də, 5 nəfər isə itkin düşüb.

Axtarışlar davam etdirilir.

08:41

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid bir vertolyot Kaliforniya ştatının San Dieqo sahillərində qəzaya uğrayıb.

"Report" xəbər veriri ki, hazırda axtarış-xilasetmə işləri davam edir.

Bildirilir ki, MH-60S helikopteri Abraham Linkoln təyyarə gəmisindən müntəzəm uçuş həyata keçirərək, sahildən təxminən 110 kilometr aralıda suya düşdü.

Son xəbərlər

Orphus sistemi