Rubionun Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirakı təkzib olunub - YENİLƏNİB

Rubionun Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirakı təkzib olunub - YENİLƏNİB ABŞ Dövlət katibi Marko Rubio Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün çərşənbə günü Londona səfər edəcək.
Digər ölkələr
23 aprel 2025 02:42
Rubionun Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlarda iştirakı təkzib olunub - YENİLƏNİB

ABŞ dövlət katibi Mark Rubionun Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə Londonda keçiriləcək danışıqlarda iştirak edəcəyi təkzib olunub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, müzakirələrdə Prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi general Keyt Kelloq iştirak edəcək.

Tramp bundan əvvəl Moskva və Kiyevin bu həftə atəşkəs razılaşmasına nail olacağına ümid etdiyini bildirib.

Çərşənbə axşamı, Temmi Bryus "Fox Business Network"un "Mariya ilə səhərlər" verilişinə Rubio ilə danışıqları davam etdirmək üçün Londona getdiklərini söyləyib və əlavə edib: "Londonun potensialı var və bu, yaxşı bir açıq qapıdır".

22.04.2025.22:12

ABŞ dövlət katibi Marko Rubio Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirak etmək üçün çərşənbə günü Londona səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Bu danışıqları davam etdirmək üçün dövlət katibi ilə birlikdə Londona gedirəm”, - o deyib.

Bryus həmçinin Rusiyanın Ukrayna ilə dialoqa hazır olması barədə bəyanatını çox yaxşı əlamət adlandırıb.

Daha əvvəl “The Wall Street Journal” qəzeti Londonda keçiriləcək görüşdə Rubio ilə yanaşı, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun da iştirakının gözlənildiyini yazmışdı.

Danışıqlarda həmçinin Böyük Britaniya, Fransa və Kiyev hökumətinin nümayəndələri də iştirak edəcək. “RBK-Ukraina” agentliyinin məlumatına görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov daxil olacaq.

Orphus sistemi