UNCTAD: Striminq xidmətləri musiqi sənayesi gəlirlərinin 70 %-ni formalaşdırır

İncəsənət
  • 27 oktyabr, 2026
  • 14:27
UNCTAD: Striminq xidmətləri musiqi sənayesi gəlirlərinin 70 %-ni formalaşdırır

Striminq xidmətləri musiqi sənayesi gəlirlərinin 70 %-ni formalaşdırır, son on ildə rəqəmsal xidmətlərin həcmi isə orta hesabla ildə 8 % artıb.

"Report" xəbər verir ki, bu barədə UNCTAD-ın Xidmətlər ticarəti və inkişaf bölməsinin rəhbəri Dun U Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

Onun sözlərinə görə, yaradıcı sənayelər iqtisadi artım və şaxələndirmə baxımından böyük potensiala malikdir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) qiymətləndirmələrinə əsasən, 2021-ci ildə araşdırma aparılmış 53 ölkədə bu sahənin ÜDM-də payı 6,8 % təşkil edib.

Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov isə bildirib ki, dövlət kreativ sənayelərin inkişafı üçün ekosistem yaratmalı və bazar iştirakçısı kimi deyil, tənzimləyici qismində çıxış etməlidir.

Onun sözlərinə görə, sahənin inkişafı üçün məhsul istehsalı və ixracı üzrə bazarlar formalaşdırmaq, yeni təşviqat kanalları yaratmaq və özəl investisiyaları cəlb etmək lazımdır.

"Alem Entertainment GP" şirkətinin təsisçisi və baş direktoru Ernur Rısmaqambetov öz tərəfindən qeyd edib ki, bu gün Qazaxıstan bazarında təqdim olunan kino məhsullarının təxminən 85 %-ni yerli filmlər təşkil edir.

Onun sözlərinə görə, son illərdə Qazaxıstanda milli kontentə maraq əhəmiyyətli dərəcədə artıb:

"Əgər on il əvvəl kinoprokatın təxminən 85 %-i Hollivud filmlərinin və digər ölkələrin məhsullarının payına düşürdüsə, indi tamaşaçılar getdikcə daha çox yerli filmləri seçirlər".

44 filmi