ABŞ-da COVID-19-a yoluxanların sayı 25 milyonu ötdü

ABŞ-da COVID-19-a yoluxanların sayı 25 milyonu ötdü ABŞ-da koronsavirusa yoluxma hallarının sayı 25 milyon nəfəri keçib.
Digər ölkələr
24 Yanvar , 2021 21:09
ABŞ-da COVID-19-a yoluxanların sayı 25 milyonu ötdü
koronavirus

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 25 milyonu keçib.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin məlumatlarını toplayan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya yoluxma hallarının sayı 25 003 695-ə çatıb. ABŞ-da virusdan ölüm hallarının sayı 417 538 təşkil edir.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayına görə liderdir. ABŞ həmçinin pandemiya qurbanlarının sayına görə də bütün ölkələri qabaqlayıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi