ABŞ-da baş vermiş yanğında 5-i uşaq olmaqla 9 nəfər ölüb

Digər ölkələr
  • 12 sentyabr, 2016
  • 15:48
ABŞ-da baş vermiş yanğında 5-i uşaq olmaqla 9 nəfər ölüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-ın Tennesi ştatının Memfis şəhərində yaşayış evində baş vermiş yanğında 5-i uşaq olmaqla 9 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Fox13" telekanalı məlumat yayıb.

Məlumata görə, yanğln zamanı xəsarət almış daha 1 uşaq hazırda xəstəxanada ağır vəziyyətdədir.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

44 filmi