ABŞ-da avtobus qəzasında 7 nəfər ölüb, 40-a yaxın insan yaralanıb

Digər ölkələr
  • 31 avqust, 2024
  • 18:18
ABŞ-da avtobus qəzasında 7 nəfər ölüb, 40-a yaxın insan yaralanıb

ABŞ-ın Missisipi ştatında avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb.

“Report”un məlumatına görə, bu barədə NBC televiziyası xəbər yayıb.

Qeyd olunub ki, ticarət sərnişin avtobusu Viksburqdan şərqdə şosedən çıxaraq aşıb.

Nəticədə 6 nəfər hadisə yerində, daha bir sərnişin isə xəstəxanada ölüb. Qəzada xəsarət alan ən azı 37 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.

Məlumata görə, qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti