ABŞ Koreya Respublikasına 650 milyon dollara 38 ədəd SM-6 idarə olunan zenit raketləri və müvafiq avadanlıq satmağa razılaşıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqona daxil olan müvafiq hökumət qurumu məlumat yayıb.
Qeyd olunur ki, Seulla bağlanmış müqavilələr kadrların hazırlanması, eləcə də texniki xidmət və ehtiyat hissələri ilə təmin olunmasını nəzərdə tutur.