ABŞ “Azov”a silah tədarükü ilə bağlı qoyulan qadağanı ləğv edib

ABŞ “Azov”a silah tədarükü ilə bağlı qoyulan qadağanı ləğv edib Amerika administrasiyası ABŞ silahlarının Ukraynanın milli “Azov” alayına tədarükünə qoyulan qadağanı ləğv edib.
Digər ölkələr
11 İyun , 2024 06:42
ABŞ “Azov”a silah tədarükü ilə bağlı qoyulan qadağanı ləğv edib

Amerika administrasiyası ABŞ silahlarının Ukraynanın milli “Azov” alayına tədarükünə qoyulan qadağanı ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Birləşmiş Ştatların xarici hərbi birləşmələrə yardım göstərməsinə mane olan Lihi Aktı əsasında alay barədə hərtərəfli yoxlama aparılıb. Vurğulanıb ki, Amerika hakimiyyətinin alayın insan hüquqlarının pozması barədə heç bir sübutu yoxdur.

Xatırladaq ki, 2017-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi haqqında qanun imzalayıb.

Buraya Amerika Konqresi tərəfindən dəstəklənən düzəliş daxildir. Düzəlişə əsasən Pentaqon Ukraynaya hərbi yardım göstərmək məqsədilə ayrılan vəsaitdən “Azov” milli batalyonuna hər hansı dəstək vermək məqsədilə xərcləyə bilməz. Bu müddəanın müddəti sonradan bir neçə dəfə uzadılıb.

Son xəbərlər

Orphus sistemi