Ukraynada ərazi bütövlüyü ilə bağlı beynəlxalq dialoqda Azərbaycan dünyəvi nümunə kimi göstərilib

Ukraynada ərazi bütövlüyü ilə bağlı beynəlxalq dialoqda Azərbaycan dünyəvi nümunə kimi göstərilib Kiyevdə ABŞ-da yerləşən Dünya Diasporlar Assambleyası, Ukrayna Millətlər Assambleyası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü – təhlükəsizliyin və sabitliyin əsasıdır” adlı be
Diaspor
15 Dekabr , 2021 10:47
Ukraynada ərazi bütövlüyü ilə bağlı beynəlxalq dialoqda Azərbaycan dünyəvi nümunə kimi göstərilib

Kiyevdə ABŞ-da yerləşən Dünya Diasporlar Assambleyası, Ukrayna Millətlər Assambleyası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü – təhlükəsizliyin və sabitliyin əsasıdır” adlı beynəlxalq konfrans keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, konfransa qatılan Avropa azərbaycanlıları, Türkiyədən və Azərbaycandan gələn iştirakçılar əvvəlcə Kiyevdə ulu öndər Heydər Əliyevin, İrpen şəhərində isə akademik Zərifə xanım Əliyevanın abidəsini ziyarət edib, Azərbaycanın Ukraynadakı səfirliyində görüş keçiriblər.

Şərqi Avropanın tanınmış ukraynalı eksperti Yuriy Koçevenkonun moderatorluğu ilə baş tutan beynəlxalq dialoqda Avropanın bir sıra ölkələrindən, Türkiyədən, Azərbaycandan, Gürcüstandan və Moldovadan ekspertlər, diplomatik koprusun nümayəndələri iştirak ediblər.

Y.Koçevenko bildirib ki, hazırda istər şərqi Avropada, istərsə də qonşu regionlarda ərazi bütövlüyünün qorunması təhlükəsizliyin əsas təminatıdır. O, Azərbaycanın işğala son qoymasını nümunə çəkərək, Ukrayna və digər ölkələrin də işğal sindromundan qurtulması üçün belə dialoqun zəruriliyini diqqətə çatdırıb.

Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü təmin edərək Cənubi Qafqazda sabitliyi şərtləndirdi: "Hazırda Ukraynanın timsalında müharibə təhlükəsi ilə üzləşən Avropanın bu təcrübəyə böyük ehtiyacı var".

Konfransda əvvəlcə dialoqa ünvanlanan Niderland, Türkiyə və Latviya parlamentinin, o cümlədən ABŞ-da yerləşən Dünya Diasporlar Assambleyasının həmsədri Leonid Bardın ölkələrin təhlükəsizliyi ilə bağlı təkliflərdən ibarət məktubları oxunub. Məktublarda Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü təmin etməsi birmənalı olaraq müasir dövr üçün ərazi bütövlüyünün, regionda sabitlik üçün əsas nümunə kimi göstərilib.

Çıxış edən Ukrayna parlamentinin deputatları Yuriy Kamelçuk, Lyudmila Buymister, Lyudmila Marçenko, Svyatoslav Yuraş, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müşaviri Lyudmila Dolqonovska, beynəlxalq ekspertlər Oleys Doniy, Vladislav Antipin, İqor Plyaev, Türkiyə Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan, Ukraynanın Vatikanda səfiri Andrey Yura, Azərbaycandan Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, AAK-ın vitse-prezidenti İlham İsmayılov və digərləri hazırkı dövrdə Avropanın, eləcə də qonşu regionların, xüsusilə Ukraynanın ərazi bütövlüyü səbəbi ilə təhlükəsizlik baxımından ciddi təhdidlə üz-üzə qalmasını önə çəkərək təkliflərini səsləndiriblər. Onlar təkliflərin reallaşmasında yekdil olaraq Azərbaycanın ötən il ərazi bütövlüyünü təmin etməsini əsas nümunələrdən biri kimi qeyd ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyinin müaşaviri Sabir Rzayev, Gürcüstan və Moldova səfirliklərinin II katibləri də çıxışlarında diplomatik korpusla diaspor təşkilatlarının bu missiyada birgə fəaliyyətinin dövrün təlabatı olduğunu bildiriblər. Çıxış edən Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov isə Azərbaycanın ötən il həyata keçirdiyi bu uğurlu missiyasında diasporun, yaşlı qitədəki azərbaycanlıların rolundan danışıb.

Tədbirdə Ukraynanın Poltava vilayətinin və Vinnitsanın yerli radalarının azərbaycanı deputatları Qoşqar Muxtarov, Teymur Abuşov, vilayətlərdə təmsil olunan azərbaycanlılar konqreslərinin rəhbərləri ilə yanaşı, Azərbaycandan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Demokrat.az” Xəbər portalının rəhbəri Vasif Həsənli, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili, Türkiyədən “Fırat” telekanalının direktoru Zəki Akbıyık, Finlandiyadan AAK-ın nümayəndələri Vasif Əliyev, Arzu Əliyeva və müxtəlif bölgələrdən gələn Azərbaycan və digər ölkələrin diaspor fəalları iştirak ediblər.

Konfransda müzakirlərdən səsləndirilən təklifləri toplanaraq rəsmi şəkildə Ukraynada və Avropanın digər ölkələrində yerləşən beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

Tədbir müxətlif millətlərin repertuarından ibarət bədii hissə ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi