Rusiyadakı azərbaycanlılar Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb

Rusiyadakı azərbaycanlılar Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları azərbaycanlı jurnalistlərin və yerli məmurun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində həlak olması ilə bağlı bəyanatla çıxış ediblər.
Diaspor
11 İyun , 2021 15:31
Rusiyadakı azərbaycanlılar Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb

Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları azərbaycanlı jurnalistlərin və yerli məmurun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində həlak olması ilə bağlı bəyanatla çıxış ediblər.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Moskva Azərbaycanlıları İcması"nın rəhbəri Şamil Tağıyev, "Perm vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri Çingiz İsayev, "Orenburq Azərbaycanlılarının Milli Konqresi" təşkilatının sədri İlkin Kərimov, "Azəri" Milli-Mədəni Birliyinin sədri Ağababa Dadaşov, "Dostluq" Primorsk–Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramiz Zeynalov, "Samara vilayəti Azərbaycanlılarının Liqası" ictimai təşkilartının sədri Şirvan Kərimov, "Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov və "Azərbaycanlıların Konqresi" Şimali Osetiya Regional Milli Mədəni ictimai təşkilatının fəxri prezidenti Şahin Məmmədovun imzaladıqları bəyanatda bildirilib ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşma sazişindən indiyədək 120 nəfər azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və yaralanıb.

Diaspor təşkilatlarının rəhbərləri təəssüflə qeyd ediblər ki, beynəlxalq qurumların təmsilçiləri Ermənistan hakimiyyətinin mina xəritələrini verməkdən imtina etməsini və beynəlxalq öhdəliklərini pozmasını sükutla izləyirlər. İrəvanın mənəviyyatdan və insansevərlikdən kənar hərəkətlərinə fikir verilmədiyi zaman isə Qarabağda günahsız insanlar həlak olur, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması imkanları qeyri-reallığa çevrilir.

Bəyanatda rəsmi İrəvanın antihumanist siyasəti hiddətlə pislənilib və beynəlxalq ictimaiyyətdən Ermənistan hakimiyyətini öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyə məcbur etmək tələb olunub.

Son xəbərlər

Orphus sistemi