Rusiyada Azərbaycan diasporunun rəhbəri vəfat edib - ƏLAVƏ OLUNUB

Rusiyada Azərbaycan diasporunun rəhbəri vəfat edib - ƏLAVƏ OLUNUB Bakı. 1 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsi Ələddin Məmmədovun vəfatı ilə bağlı başsağlığı yayıb.
Diaspor
1 İyun , 2018 13:04
Rusiyada Azərbaycan diasporunun rəhbəri vəfat edib - ƏLAVƏ OLUNUB

Bakı. 1 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsi Ələddin Məmmədovun vəfatı ilə bağlı başsağlığı yayıb. 

"Report" xəbər verir ki, başsağlığında deyilir: 

"Rusiya Federasiyasının Orenburq vilayətindəki Azərbaycan icmasının rəhbəri Ələddin Məmmədov bu gün 52 yaşında vəfat edib. Naxçıvan Muxtar Respublikasında doğulan Ələddin Məmmədov Moskva Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. O, uzun illərdir Rusiyada yaşayıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Ələddin Məmmədov Azərbaycan diasporunun fəallarından idi. Onun rəhbərlik etdiyi təşkilat – Orenburq Azərbaycanlıları Milli Konqresi Azərbaycan mədəniyyətinin, ənənələrinin təbliğinə, xalqlar arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfələrini verib.

Diasporla İş üzrə Dövlət Komitəsi Ələddin Məmmədovun vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı verir, yaxınlarına səbr diləyir". 


*** 13:04

Rusiyanın Orenburq vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Milli Konqresinin sədri Ələddin Məmmədov bu gün ömrünün 52-ci ilində dünyasını dəyişib.

Bu barədə "Report"a Orenburqdakı Azərbaycan diasporundan bildirilib.

Ə.Məmmədov yuxuda ürək tutması nəticəsində keçinib.

Son xəbərlər

Orphus sistemi