Olimpiya mükafatçısı Kişineuda Azərbaycan bayrağı ilə qarşılanıb

Olimpiya mükafatçısı Kişineuda Azərbaycan bayrağı ilə qarşılanıb Moldovanı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə təmsil edərək bürünc medal qazanan Adil Osmanov Kişineuya dönüb.
Diaspor
2 Avqust , 2024 10:13
Olimpiya mükafatçısı Kişineuda Azərbaycan bayrağı ilə qarşılanıb

Moldovanı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə təmsil edərək bürünc medal qazanan Adil Osmanov Kişineuya dönüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, onu Kişineu hava limanında azərbaycanlılar da qarşılayıb.

Adil Osmanov Moldova tarixində yeganə azərbaycanlı olimpiya mükafatçısıdır. 2000-ci ildə Moskvada doğulan cüdoçu atası əslən Azərbaycanın Xaçmaz rayonundan, anası moldovandır.

Qeyd edək ki, Paris-2024-də mübarizəyə 1/16 final mərhələsindən qoşulan Adil Osmanov ilk olaraq ABŞ-dən olan Cek Yonezukaya qalib gəlib. Cüdoçu daha sonra Özbəkistan təmsilçisi Murodjon Yuldoşevi və monqolustanlı Erdenebayar Batzayanı üstələyərək yarımfinala yüksəlib. Bu raundda Con Benjamin Qabaya (Fransa) məğlub olan idmançı bürünc medal uğrunda qarşılaşmada Manuel Lombardodan (İtaliya) güclü olub.

Son xəbərlər

Orphus sistemi