Neftçalada 16 yaşlı qızın zorlanması ilə bağlı DİN-dən açıqlama

Neftçalada 16 yaşlı qızın zorlanması ilə bağlı DİN-dən açıqlama "Bu, müzakirə olunmayan gerçəklikdir"
Diaspor
244
12 Aprel , 2021 16:36
Neftçalada 16 yaşlı qızın zorlanması ilə bağlı DİN-dən açıqlama

"Neftçala rayonunun Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızla bağlı sosial şəbəkələrdə yayılan iddialardan məlumatlıyıq".

Bunu Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavabında bildirib.

O deyib ki, bu barədə ötən həftənin əvvəlində Neftçala Rayon Polis Şöbəsinə daxil olan məlumat üzrə dərhal araşdırmalar başlayıb, ekspertiza təyin edilib:

"Ekspertizanın nəticəsindən asılı olaraq, qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Həmin şəxslə bağlı rayon hüquq-mühafizə orqanları və icra hakimiyyəti tərəfindən bütün zəruri tədbirlər davam etdirilir.

Polisin vətəndaşın evinə kamera quraşdırması ilə bağlı iddiallar isə cəfəngiyyatdır, həqiqəti əks etdirmir. Hər bir vətəndaşın həyat və sağlamlığı, hüquqları bizim üçün önəmlidir. Bu, müzakirə olunmayan gerçəklikdir".

Qeyd edək ki, sosial şəbəkədə Neftçala rayon Mürsəqulu kəndində 16 yaşlı, əqli zəifliyi olan qızın dəfələrlə zorlamaya məruz qalması barədə məlumat yayılıb. İddia edilir ki, uşağın istismar olunmasına anası şərait yaradıb.

Son xəbərlər

Orphus sistemi