Moldovadakı Azərbaycan icmasının lideri Rusiyada mükafatlandırılıb

Moldovadakı Azərbaycan icmasının lideri Rusiyada mükafatlandırılıb Feyruz İsayev Rusiya Federasiyasının “Dostluq ordeni” dövlət mükafatına layiq görülüb
Diaspor
5 Sentyabr , 2020 13:28
Moldovadakı Azərbaycan icmasının lideri Rusiyada mükafatlandırılıb

“LUKOIL-Moldova” şirkətinin baş direktoru, Moldovadakı Azərbaycan icmasının lideri Feyruz İsayev Rusiya Federasiyasının “Dostluq ordeni” dövlət mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, o, neft və qaz sənayesinin inkişafındakı böyük töhfələrinə və uzun illər vicdanla çalışmasına görə mükafatlandırılıb.

Qeyd edək ki, F.İsayev Moldovanın ən hörmətli və uğurlu iş adamlarından biridir. O həmçinin Moldovada Azərbaycan diasporunun inkişafına da böyük töhfə verib.

F.İsayev 1997-ci ildən neft məhsulları bazarında, 2001-ci ildən isə “LUKOIL-Moldova” şirkətində çalışır, 2005-ci ildən bəri şirkətin baş direktorudur. Mükafatları arasında Moldova Respublikasının Əmək Şöhrəti Ordeni (2007) və Moldova Respublikasının Fəxri Ordeni (2012) var.

Son xəbərlər

Orphus sistemi