Azərbaycanın Moldovadakı səfirliyi Moldova Azərbaycanlıları Konqresi ilə birlikdə Ümummilli Lider, müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir təşkil edib.
"Report" xəbər verir ki, təntənəli tədbirdə 40-a ölkənin rəsmiləri, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Moldova Azərbaycanlıları Konqresinin üzvləri, eləcə də Azərbaycan diasporunun hörmətli nümayəndələrinin iştirak edib.
İştirakçılar Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar, daha sonra Ümummilli Liderin xatirəsinə Azərbaycanın Moldovadakı səfirliyinin konsulu Dmitriy Panin, Moldova Parlamentinin deputatı, Azərbaycan-Moldova dostluq qrupunun sədri Vitaliye Jakot, MAK sədri Elçin Bayramov, eləcə də Azərbaycan diasporunun hörmətli ağsaqqalı Rəhimov Maarif çıxış ediblər.
"Heydər Əliyev ölkəyə ləyaqətlə rəhbərlik edib. Onun müdrik qərarları sayəsində Azərbaycan bütün dünyada çiçəklənən məşhur bir dövlətə çevrildi", - deyə Moldova Parlamentinin deputatı Vitaliye Jakot bildirib.
Öz növbəsində, MAK sədri Elçin Bayramov vurğulayıb ki, "bu gün Heydər Əliyevin doğum gününü qeyd etməklə biz onun unudulmaz xatirəsinə bir daha dərin ehtiramımızı bildirir və bunun əlaməti olaraq edə biləcəyimiz ən yaxşı əməl ümummilli liderimizin vəsiyyət etdiyi kimi, tərəqqi, həmrəylik və vətənə sevgi yolu ilə inamla davam etməkdir".
Tədbir şirniyyat bufeti və ənənəvi Azərbaycan çay süfrəsi ilə başa çatıb.