İsrailin beyin mərkəzi ABŞ Konqresinə Azərbaycanla bağlı çağırış edib

İsrailin beyin mərkəzi ABŞ Konqresinə Azərbaycanla bağlı çağırış edib Biz, Dona Qrasiya Diplomatiya Mərkəzinin idarə heyətinin üzvləri ABŞ Konqresinin erməni separatçılarına maliyyə yardımı göstərilməsi ilə bağlı məlum təşəbbüsünü qətiyyətlə pisləyirik.
Diaspor
14 Oktyabr , 2024 18:06
İsrailin beyin mərkəzi ABŞ Konqresinə Azərbaycanla bağlı çağırış edib

Biz, Dona Qrasiya Diplomatiya Mərkəzinin idarə heyətinin üzvləri ABŞ Konqresinin erməni separatçılarına maliyyə yardımı göstərilməsi ilə bağlı məlum təşəbbüsünü qətiyyətlə pisləyirik.

"Report" xəbər verir ki, İsrailin tanınmış “Economic Peace Center” (İqtisadi Sülh Mərkəzi) nəşrində konqresmen Adam Şiffin Konqresə təqdim etdiyi qanun layihəsi ilə bağlı yayılmış bəyanatda belə deyilir.

Bəyanatda sözügedən qanun layihəsi 750 mindən çox azərbaycanlı məcburi köçkünün acınacaqlı vəziyyətinə və məhrumiyyətlərinə tamamilə məhəl qoymadan erməni separatçıların təəssübünü çəkərək ayrı-seçkilik edən birtərəfli akt adlandırılır.

Həmçinin qeyd olunur ki, Azərbaycana qarşı ayrı-seçkiliyin əsas səbəbi etnik-dini təəssübkeşlikdir. Belə bir sənədin irəli sürülməsi insan haqları və beynəlxalq hüququn pozulması, qeyri-sabitliyin müjdəçisi olmaqla ABŞ-nin regional roluna zərər yetirir. Bütün bunlar ABŞ-nin qoruduğu ümumbəşəri dəyər və prinsiplərin ziyanına baş verir. Layihə müəllifinin erməni lobbi qruplarına arxalandığı nəzərə alınarsa, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna bu cür diskriminativ yanaşma mənəvi cəhətdən iyrənc görünür.

Bəyanatda 750 min azərbaycanlının etnik təmizləməyə, o cümlədən Xocalıda etnik soyqırıma məruz qaldığı, qayıdış hüququndan 30 ildən çoxdur ki məhrum olduğu və indi təşəbbüslə çıxış edənlərin o zaman tamamilə susduğu xatırladılır. Bildirilir ki, həmin şəxslər Ermənistan tərəfindən basdırılan minaların günahsız mülki insanları öldürdüyü və ya şikəst etdiyi indiki vaxtda da susurlar.

Birləşmiş Ştatları ədalətli mövqe tutmağa çağıran sənəddə adıçəkilən ölkənin maraqlarına, habelə Ermənistan və Azərbaycan xalqları arasında sülhə üstünlük verilərsə qərəzli qanun layihəsinin geri götürülməsinin çətin olmayacağı diqqətə çatdırılır.

Bəyanatı ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.peacecom.org/en/article/2354/

Son xəbərlər

Orphus sistemi