İşdən çıxan şöbə müdiri səfirlikdə fəaliyyətə başladı
Diaspor
- 23 sentyabr, 2020
- 12:39
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) 4-cü Ərazi şöbəsinin müdiri (Gürcüstan və Türkdilli dövlətlərlə iş şöbəsi) Anar Rəsulov işdən çıxıb.
"Report"un əldə etdiyi məlumata görə, o, öz ərizəsi əsasında vəzifədən azad olunub.
A.Rəsulov Xarici İşlər Nazirliyində (XİN) diplomatik fəaliyyətə başlayıb və Azərbaycanın Gürcüstandakı səfirliyində yeni vəzifəyə təyin olunub. O artıq Tbilisiyə gedib və vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 17-də imzaladığı sərəncamla Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edillib. F.Quliyev səfir təyin olunana qədər Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışıb.
Son xəbərlər
12:52
"Aston Villa" Matteo Ruceri və Dzion Sudzukinin transferini elan edib
Futbol12:39
Cahongir Racabov: Azərbaycan və Özbəkistan startapları birgə təşəbbüsləri fəal şəkildə inkişaf etdirirlər
İnfrastruktur12:39
Madyar: Andraş Baka rəsmən Macarıstan prezidenti vəzifəsinin icrasına başlayıb
Digər ölkələr12:39
Gürcüstanın dəmiryol yükdaşımalarında Azərbaycanın payı 22,7 %-dir
Region12:38
Foto
ASCO-nun "Üzeyir Hacıbəyli" gəmisi əsaslı təmir olunub
İnfrastruktur12:37
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı!
Maliyyə12:35
ABŞ millisinin müdafiəçisi Mark Makkenzi "Filadelfiya"ya keçib
Futbol12:31
Sabah bəzi rayonlarda leysan olacaq
Ekologiya12:15