Dövlət Komitəsi İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni ilə əlaqə saxlayıb

Dövlət Komitəsi İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni ilə əlaqə saxlayıb “İsraildə hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan azərbaycanlı müğənni Samirə Əfəndi ilə bu dəqiqələrdə əlaqə saxladım, özü və yanındakı 4 nəfər həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar”.
Diaspor
7 Oktyabr , 2023 16:13
Dövlət Komitəsi İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni ilə əlaqə saxlayıb

“İsraildə hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan azərbaycanlı müğənni Samirə Əfəndi ilə bu dəqiqələrdə əlaqə saxladım, özü və yanındakı 4 nəfər həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar”.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.

Onun sözlərinə görə, Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları müğənni və yanındakı şəxslərin ölkəyə qayıtmasına çalışırlar: “Onların sağ-salamat vətənə qayıtmaları üçün Diasporla İş üzrə Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar. Gün ərzində Samirə xanımla yenidən əlaqə yaradacağıq”.

Qeyd edək ki, İsrailin Tel-Əviv şəhərinə gedən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə mövcud vəziyyətə görə çətin vəziyyətdə qalıb.

Son xəbərlər

Orphus sistemi