​BMT-nin sabiq baş katibi Bakıya gələcək

​BMT-nin sabiq baş katibi Bakıya gələcək Səfərin məqsədi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir
Diaspor
13 Mart , 2015 15:57
​BMT-nin sabiq baş katibi Bakıya gələcək

Bakı. 13 mart. REPORT.AZ/ BMT-nin sabiq baş katibi Butros Butros Qali bu ilin aprel ayında Bakıya gələcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. Bu barədə “Report”a DİDK-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2014-cü ilin sentyabrında Butros Butros Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təsisi edilmiş Nizami Gəncəvi mükafatı ilə təltif olunub. Mükafatın təqdimatı zamanı BMT-nin sabiq baş katibi Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyətini xüsusi vurğulayıb. O, bildirib ki, "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusunda müzakirələrin aparılması bu gün dünyada cərəyan edən gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.

Xatırladaq ki, misirli diplomat Butros Butros Qali 1992-1996-cı illərdə Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi