Tbilisi. 16 iyun.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Tbilisidə Gürcüstan ziyalıları ilə görüşdə söyləyib.
Komitə sədri ölkələrimiz və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən söz açıb, Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin Gürcüstanla əlaqələrə böyük önəm verdiyini xüsusi qeyd edib.
F.Muradov bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan strateji tərərəfdaşdırlar: "Gürcüstanda xeyli sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Onlar Gürcüstan iqtisadiyyatına küllüi miqdarda sərmayə qoyublar. Bu da olkənin iqtisadi inkişafında özünü göstərir. SOCAR-ın çoxşaxəli fəaliyyəti buna misaldı. Əməkdaşlığımızı daha da möhkləndirmək və inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Görüşün əsas məqsədi də gürcü ziyalılarla görüşüb onların bu məsələdə fikirlərini öyrənməkdir".
Görüşdə politoloq Mamuka Araşidze, Simon Kopadze, Tengiz Txilava və başqaları çıxış edib, fikirlərin bildiriblər.
Müzakirələr zamanı azərbaycanlıların inteqrasiyası, tolerantlıq, informasiya mübadiləsi, siyasətçilərin, tələbələrin, məsəniyyət və incəsənət adamlarının qarşılıq səfərlərinin, birgə mədəni-kütləvi tədbirlərin təşkili və s. məsələlər barədə təkliflər səslənib.
Görüşdə Azərbaycanın Gürcüstandakı sədri Dursun Həsənov, SOCAR-ın Gürcüstan numayəndəliyinin rəhbəri Mahir Məmmədov, mühaciratdə olan Abxaziya Parlamentinin sədr müavini Cemal Qamaxariya və digər rəsmi şəxslər də iştirak ediblər.