Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi Helsinki Komissiyasında keçirilən dinləmələrə etiraz edib

Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi Helsinki Komissiyasında keçirilən dinləmələrə etiraz edib Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə əlaqədar açıqlaması ilə bağlı bəyanat yayıb.
Diaspor
11 May , 2018 14:12
Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi Helsinki Komissiyasında keçirilən dinləmələrə etiraz edib
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan-ABŞ Mədəniyyət Mərkəzi ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə əlaqədar açıqlaması ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanat ABŞ Konqresinə göndərilib.

Bəyanatda komsisiyanın Azərbaycanla bağlı açıqlamasının regionda təhlükəsizliyə təhdid yaratdığı qeyd edilib. Bildirilib ki, digər ölkələrlə müqayisədə, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu internet istifadəçisidir və Azərbaycanda internet azaddır.

Bəyanatda bildirilib ki, müasir dövrdə regionda çətin geosiyasi məkanda yerləşərək sabitlik və təhlükəsizlik ünvanı olan Azərbaycan dövləti öz xalqının iradəsi əsasında müstəqil siyasət yürüdür. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir. Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və mətbuat azadlığı tam şəkildə təmin olunub. “Belə şəraitdə Azərbaycan Prezidentinə qarşı atılan bu addımlar bizdə dərin təəssüf hissi oyadır”,- bəyanatda bildirilib.

“Azərbaycan Respublikası və ABŞ arasında ortaq dəyərlər və maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikası Prezidenti ilham Əliyevin Prezident seçilməsi ilə əlaqədar ünvanlandığı təbrik məktubu Azərbaycanın ABŞ üçün dəyərli tərəfdaş olduğunun göstəricisidir. Azərbaycanla ABŞ terrorizmə qarşı birgə mübarizə apararaq, qlobal təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlıq edir. Biz Azərbaycanın dövlət başçısı İlham Əliyevi dəstəkləyir, Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətində uğurlar arzulayırıq”, - bəyanatın sonunda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi