Aydın Mirzəzadə: “Diaspor nümayəndələrimiz Azərbaycana bağlılıqlarını nümayiş etdirdilər”

Aydın Mirzəzadə: “Diaspor nümayəndələrimiz Azərbaycana bağlılıqlarını nümayiş etdirdilər” “Ermənistanın Tovuz bölgəsi istiqamətindən Azərbaycana hərbi provokasiyası zamanı xaricdə yaşayan həmvətənlərimizin müstəqilliyimizi yüksək səviyyədə dəstəkləməsi xalqımızın diqqətini çəkdi”.
Diaspor
18 İyul , 2020 19:16
Aydın Mirzəzadə: “Diaspor nümayəndələrimiz Azərbaycana bağlılıqlarını nümayiş etdirdilər”
Aydın Mirzəzadə / Report

“Ermənistanın Tovuz bölgəsi istiqamətindən Azərbaycana hərbi provokasiyası zamanı xaricdə yaşayan həmvətənlərimizin müstəqilliyimizi yüksək səviyyədə dəstəkləməsi xalqımızın diqqətini çəkdi”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

“Dəyərli həmvətənlərimiz daha çox ölkədə, daha çox insan izdihamı ilə doğma vətəni müdafiə etmələri, yaşadıqları ölkə ictimaiyyətini Ermənistanın məkrli siyasəti barədə məlumatlandırmaqları hər birimizdə qürur hissi doğurdu.

Diaspor nümayəndələrimiz yaşadıqları ölkənin layiqli vətəndaşları olmaqla yanaşı, Azərbaycana çox bağlı olduqlarını nümayiş etdirdilər. Nümayişçilərin içərisində çox sayda gənclərimiz var idi, onların Azərbaycanı müdafiə etməsi özlərinə bir şərəf və mənəvi borc bildikləri açıq görünürdü.

Var olun, əziz bacı və qardaşlarımız, əziz gənclərimiz, sizlərlə fəxr edirik, sizlər adımız və qürurumuzsunuz”-deyə, millət vəkili bildirib.

Son xəbərlər

Orphus sistemi