ABŞ rəsmiləri azərbaycanlının dəvətilə Ukraynada olub

ABŞ rəsmiləri azərbaycanlının dəvətilə Ukraynada olub ABŞ-ın Nyu-York şəhərinin senatoru Ceyms Skofus, Kvins əyalətinin prezidenti Donovan Riçards, Nyu-York ştat Assambleyasının üzvləri Steven Simbrovits, Kevin Kaxil, Peter Abbate, Carlz Foll, Latoya Coyner, Nyu-York şəhər Sovetinin deputatları Mardcori Vela
Diaspor
18 Oktyabr , 2021 10:53
ABŞ rəsmiləri azərbaycanlının dəvətilə Ukraynada olub

ABŞ-ın Nyu-York şəhərinin senatoru Ceyms Skofus, Kvins əyalətinin prezidenti Donovan Riçards, Nyu-York ştat Assambleyasının üzvləri Steven Simbrovits, Kevin Kaxil, Peter Abbate, Carlz Foll, Latoya Coyner, Nyu-York şəhər Sovetinin deputatları Mardcori Velaskes, Şon Abreu, tanınmış xeyriyyəçi Aron Qrunfeld və digər şəxslərdən ibarət 25 nəfərlik nümayəndə heyəti Kiyevdə səfərdə olublar.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, səfər Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, ABŞ-dakı Dünya Diasporları Assambleyasının həmsədri (DDA) Rövşən Tağıyevin və DDA-nın digər həmsədri Leonid Bardın dəvəti və təşkilatçılığı ilə baş tutub.

Səfər zamanı ABŞ nümayəndə heyəti Ali Rada (parlament) deputatları Elizaveta Yasko, Dmitriy Lubinets, Sergey Taruta, Jan Belenyuk və Lyudmila Burmiyster ilə, Kiyev şəhər deputatı Vladislav Trubitsin ilə, Ukraynanın kilsə rəhbəri Mitropolit Yepifanii ilə, tanınmış siyasətçi Georgi Loqvinskiy, Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko, vitse prezidenti Vadim Kostyuçenko ilə, Prezident Ofisi yanında İslahatlar Şurasının rəsmisi Valdislav Antipin və İsrailin Ukraynada səfiri Mixail Brotskiy ilə görüşlər keçiriblər. Qonaqlar Ukrayna və Kiyevin baş ravini Moşe Revuen Asman ilə də görüşüblər. Nümayəndə heyəti Çernobildə bölgə rəhbərliyindən Katerina Mirnaya-Pavlova ilə görüşüb, Babi-yar hadisəsinin ildönümünə həsr olunan Ukrayna, Almaniya və İsrailin prezidentləri ilə birgə mərasimdə iştirak ediblər. Görüşlər zamanı Ukraynada etnik xalqların, o cümlədən azərbaycanlıların bu ölkədə Assambleya ətrafında fəallığı diqqətə alınıb. Rövşən Tağıyev görüşlər zamanı İsrail, ABŞ və Ukrayna tərəfinə Azərbaycana ərazi bütövlüyünə dəstək ifadə etdiyinə görə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi