Xronika: “Vaxtilə Makron Ermənistana kömək edəcəyinə söz vermişdi, bu gün isə bizim köməyimizə ehtiyacı var”

Xronika: “Vaxtilə Makron Ermənistana kömək edəcəyinə söz vermişdi, bu gün isə bizim köməyimizə ehtiyacı var” Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Daxili siyasət
9 Yanvar , 2025 00:45
Xronika: “Vaxtilə Makron Ermənistana kömək edəcəyinə söz vermişdi, bu gün isə bizim köməyimizə ehtiyacı var”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Prezidentin atasının adını çəkdiyi üçün tualetdə öldürüldü” adlı süjetdə erməni siyasətçi, politoloq və ekspertlərin Baş nazir Nikol Paşinyanın seçkiyə start verməsi, tərəfdarları və əleyhdarlarının bu marafona qoşulması, Qərbi azərbaycanlıların Paşinyana səs versinlər deyə 2026-cı ilədək öz yurdlarına köçməsi ilə bağlı iddialarına yer verilir.

Onların sözlərinə görə, Paşinyanın rabitəsiz çıxışlarında məkrli plan gizlənib: “Paşinyanın komandası Afrika tayfasına bənzəyir. Paşinyan hər dəfə onları ocağın ətrafına yığıb tumba-yumba rəqsinə başlayır. Paşinyan hakimiyyətdə daha uzun müddət qalmaq üçün əlindən gələni edir. Paşinyan günün birinci yarısında fokusçu kimi çıxış edir, ikinci yarısında isə təlxək olur”.

Süjetdə Ermənistanın eks-baş naziri Hrant Bağratyan və sabiq deputat Naira Zohrabyanın fikirlərinə də yer verilir: “Beynəlxalq aləmdə ləyaqətimizi itirmişik. Trampın yeni administrasiyasında ermənilərin heç bir təsiri yoxdur. Vaxtilə Makron da Ermənistana kömək edəcəyinə söz vermişdi, bu gün onun bizim köməyimizə ehtiyacı var. Türklər sahib olduqları öz torpaqlarına qayıdırlar. Qərbi Azərbaycan İcması ilə danışıqlar aparmasaq, Ermənistanı işğal edə bilərlər. Əminik ki, Zəngəzur dəhlizi açılacaq və azərbaycanlılar Ermənistana qayıdacaqlar. Heç vaxt 1976-cı ilin xəritələri olmayıb, bu, yalandır. 180 min azərbaycanlının yaxın gələcəkdə Qərbi Azərbaycana necə qayıtması mexanizmləri müzakirə olunub. Nikolun komandasının üzvləri bir-birlərini yeməyə başlayacaqlar. Paşinyan terrorun köməyi ilə hakimiyyətini saxlamağa çalışır. Nikol etiraf etdi ki, ermənilərə dövlət yaradıb veriblər, onlarsa qonşuları ilə münaqişələrlə məşğuldurlar”.

Ermənistanın Xristian-Demokrat Partiyasının sədri Levon Şirinyan isə vurğulayıb ki, vaxtilə Prezident olmuş Robert Köçəryanın atasının adını çəkdiyi üçün Daşnaksutyun Partiyasının üzvü Poqosyan adlı şəxs döyülərək tualetdə öldürülüb. Robert Koçaryan kimi insanlara “armyaşka” deyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi