Xocalı, Xocavənd və Şuşa rayonlarının xəritələri hazırlanıb

Xocalı, Xocavənd və Şuşa rayonlarının xəritələri hazırlanıb Ağdərə rayonunun yenidən yaradılması ilə əlaqədər Kəlbəcər rayonu üzrə 23 yaşayış məntəqəsinin, Ağdam rayonu üzrə 10 yaşayış məntəqəsinin və Tərtər rayonu üzrə 26 yaşayş məntəqəsinin inzibati sərhədləri kameral şəraitdə arxiv və ortofoto (PUA-dan çəkilən
Daxili siyasət
19 İyul , 2024 15:11
Xocalı, Xocavənd və Şuşa rayonlarının xəritələri hazırlanıb

Ağdərə rayonunun yenidən yaradılması ilə əlaqədər Kəlbəcər rayonu üzrə 23 yaşayış məntəqəsinin, Ağdam rayonu üzrə 10 yaşayış məntəqəsinin və Tərtər rayonu üzrə 26 yaşayş məntəqəsinin inzibati sərhədləri kameral şəraitdə arxiv və ortofoto (PUA-dan çəkilən fotolar) məlumatları əsasında müəyyənləşdirilib.

"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.

Onun sözlərinə görə, həmin sərhədlərə əsasən Ağdərə rayonun yaradılması ilə bağlı xəritələr hazırlanıb Prezident Administarsiyasına təqdim edilib:

"Xocalı, Xocavənd və Şuşa rayonları üzrə xəritələr hazırlanaraq Prezident Administarsiyasına təqdim edilib".

Son xəbərlər

Orphus sistemi