Türkiyədəki Azərbaycan xilasedicilərinin son qrupu Vətənə qayıdıb

Türkiyədəki Azərbaycan xilasedicilərinin son qrupu Vətənə qayıdıb Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 224 nəfərlik qrupu Vətənə qayıdıb.
Daxili siyasət
8 Mart , 2023 17:33
Türkiyədəki Azərbaycan xilasedicilərinin son qrupu Vətənə qayıdıb

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 224 nəfərlik qrupu Vətənə qayıdıb.

“Report” xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib ki, bu, Vətənə qayıdan Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur: "Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti yollanmışdı. Artıq bu gün sonuncu qrup da Azərbaycana geri qayıdıb. Onlardan 8 nəfəri xanım həkimlərimizdir. Həmçinin yardım məqsədi ilə göndərilən mobil səhra hospitallarımız da artıq Türkiyədə fəaliyyətini yekunlaşdırıb".

Son xəbərlər

Orphus sistemi