Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olunub

Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olunub Bu gün yeni açılan Sumqayıt Məhkəmə Kompleksinə media-tur təşkil olunub.
Daxili siyasət
529
7 Sentyabr , 2021 12:01
Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olunub

Bu gün yeni açılan Sumqayıt Məhkəmə Kompleksinə media-tur təşkil olunub.

"Report" xəbər verir ki, kompleks ictimaiyyətə təqdim edilib.

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti rəhbər işçiləri, hakimlər, Milli Məclisin deputatları, Sumqayıt şəhər İcra Hakimiyyəti, Vəkillər Kollegiyası, Mediasiya Şurası, Azərbaycan Sahibkarlar Konfederasiyası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təmsilçiləri, hüquqşünas alimlər, vətəndaş cəmiyyəti və çoxsaylı KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə bina ilə tanış olublar. Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkəmə sistemində islahatlar uğurla davam etdirilir.

Qeyd olunub ki, məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində rəqəmsal innovasiyalar tətbiq olunmaqla yüksək texnoloji - "hi-tech" məhkəmə bina və kompleksləri inşa olunaraq istifadəyə verilir.

Qeyd edək ki, sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Sumqayıt Məhkəmə Kompleksi Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunub.

Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. "Bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması və şəffaflığın təmin edilməsi üçün "Femida" sistemi quraşdırılıb. Burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək. Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi