Şirvan şəhər icra hakimiyyətinin başçısına yeni müavin təyin olunub
Daxili siyasət
- 08 iyun, 2021
- 06:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şirvan Şəhər İcra Şakimiyyətində (İH) yeni təyinat olub.
“Report”un Aran bürosunun məlumatına görə, Şirvan şəhər icra başçısı İlqar Abbasovun müvafiq əmrinə əsasən Fərzəliyeva Aynur İmamverdi qızı şəhər İcra Hakimiyyəti başçısının müavini - İH-in ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Buna qədər bu vəzifədə Ağayeva Elmira Soltanəli qızı çalışıb. O, 2020-ci il dekabrın 11-də 62 yaşında vəfat edib.
Qeyd edək ki, A.Fərzəliyeva bundan əvvəl Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində işləyib.
Son xəbərlər
10:56
Foto
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
Fərdi
10:53
Pakistanın qərbində 5,6 maqnitudalı zəlzələ olub
Digər ölkələr
10:50
Azərbaycanda avtobus istehsalı 53 %-dən çox artıb
Biznes
10:45
Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 4 %-ə yaxın azalıb
İnfrastruktur
10:44
Pakistan husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlarının nəticələrindən narahatdır
Digər ölkələr
10:21
Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb
İnfrastruktur
10:05
Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
Digər ölkələr
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur