Sabirabadda şəhidlərin xatirəsinə həsr olunmuş abidənin açılışı olub

Daxili siyasət
  • 14 noyabr, 2022
  • 15:45
Sabirabadda şəhidlərin xatirəsinə həsr olunmuş abidənin açılışı olub

Sabirabad rayonu Qaraağac kəndində şəhidlərin xatirəsinə həsr olunmuş abidənin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, abidə kənd tam orta məktəbinin həyətində inşa olunub.

Tədbirdə rayon rəsmiləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ümumtəhsil məktəbin şagird və müəllimləri iştirak ediblər.

Mərasimdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar oxunub və kompozisiyalar səhnələşdirilib.

44 filmi