Qərbi Azərbaycan Xronikası: Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri

Qərbi Azərbaycan Xronikası: Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Region
22 Avqust , 2024 22:31
Qərbi Azərbaycan Xronikası: Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri” adlı süjetdə Bakı-İrəvan xəttində sülh müzakirələrinin getdiyi vaxtda Ermənistanın sərhədboyu ərazilərdə son günlər təxribat hücumlarını intensivləşdirməsindən bəhs olunur.

Bildirilir ki, Ermənistan hakimiyyəti artıq ordu üzərində nəzarəti itirib və başsız qalmış silahlı qruplar istədikləri vaxt Azərbaycan Ordusunun mövqelərini hədəfə alaraq, rəsmi İrəvanı çətin vəziyyətə salır: “Ermənistan hakimiyyəti sülhdən yayınır, bölgədə hərbi eskalasiyada maraqlıdır, buna görə də Azərbaycana “birgə nəzarət” təklifini verir. Əslində bu iki amil görüntü xarakteri daşıyır, rəsmi İrəvanın gerçək planı başqadır. Bu planın detalları da məhz Paşinyanın “sərhəddə nəzarət mexanixmi yaratmaq” təklifində gizlənib”. Qeyd olunur ki, “sərhəddə atəşkəsə nəzarət” mexanizminin yaradılmasının arxasında ABŞ-nin dayanması ehtimalını gücləndirir: “Vaşinqtonun məqsədi Ermənistan-Azərbaycan sərhədində “atəşkəsə beynəlxalq nəzarət” adı altında öz qüvvələrini yerləşdirməkdir.

Məlumatlara görə, ABŞ-Ermənistan birgə təlimlərindən sonra amerikalı hərbçilər bölgədə qalıb və Zəngəzur bölgəsində - Azərbaycanla sərhəddə ABŞ-nin hərbi kontingentinin yerləşməsi üçün baza qurulur. Bu, Ermənistanı qorumaq, Rusiyanı bölgədə sıxışdırmaq və İrana qarşı platforma kimi istifadə etmək məqsədi daşıyır. Mümkündür ki, ABŞ Zəngəzurda qurduğu hərbi bazanı Ermənistan-Azərbaycan sərhədində “atəşkəsə nəzarət mexanizmi” adı altında legitimləşdirmək istəyir”.

Diqqətə çatdırılır ki, Ermənistanın sərhəddə təxribat hücumlarını intensivləşdirməsi də buna hesablanıb: “Bu prosesdə Ermənistanın əsas məqsədi mövcud sərhədlərin mümkün dəyişməsi ssenarisinin qarşısını almaq, Azərbaycanın tarixi torpaqları üzərində legitimlik qazanmaqdır, Qərbi Azərbaycan məsələsini arxa plana keçirməkdir.

Erməni politoloqların fikrincə, baş nazir Nikol Paşinyanın bu oyunları baş tutmayacaq və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı qaçılmaz olacaq. Rəsmi Bakının planı ilk növbədə Ermənistan Konstitusiyanın dəyişdirilməsi və Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların qaytarılmasıdır. Prezident İlham Əliyev bütün hədəflərinə nail olacaq. Bakının tələbi əsasında yenidən yazılacaq Ermənistan Konstitusiyası əslində Qərbi Azərbaycan Konstitusiyası olacaq.

Sonda vurğulanır ki, Ermənistan nə qədər oyun qursa da, reallıqlar dəyişmir: “Bu, Azərbaycanın güclü və həlledici oyunçu olmasının reallığıdır və reallıq azərbaycanlıların tarixi torpaqlarına qayıdışının təminatı olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasına dair sübutları, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 22-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi