Qaxda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib.
”Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəhidlər xiyabanında keçirilən anım mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə Şəhidlər xiyabanında Birinci Qarabağ və Vətən müharibəsində həlak olan şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzülüb.
Rayonda keçirilinə silsilə tədbirlərdə bildirilib ki, tarix boyu erməni daşnakları xalqımızın başına müsibətlər gətirib. Xocalıda törədilən qətliam bəşəriyyətin ən ağır faciələrindən biridir.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağda və Xocalıda öldürülən bütün vətəndaşlarımızın qisasını alıb və 30 il işğal altında olan torpaqlarımızı azad edib.