Prezidentin yeni mətbuat katibi haqqında – ARAYIŞ

Daxili siyasət
  • 13 aprel, 2026
  • 17:49
Prezidentin yeni mətbuat katibi haqqında – ARAYIŞ

Bu gün İlham Əliyevin Sərəncamı ilə Prezidentin mətbuat katibi təyin edilən Orxan Rəcəb oğlu Səttarov bundan əvvəl Prezident Administrasiyasında müxtəlif vəzifələr tutub.

"Report" xəbər verir ki, Orxan Səttarov 2019-cu ildən Prezident Administrasiyasında çalışaraq, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri vəzifəsini tutub.

Prezidentin mətbuat katibi təyin edilənə qədər o, Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini icra edib.